AZ   |   RU
Türkiyədə restorandakı yanğın avtomobillərə də keçdi

Türkiyənin Sivas şəhərində, Müəllimlər Parkındakı ikimərtəbəli taxta restoranda yanğın baş verib.
Missiya. Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən yanğında alov qısa müddətdə bütün binanı bürüyüb.

Yanğın parkdakı avtomobillərə də keçib.
Sivas Bələdiyyəsi Xilasetmə qrupları yanğına müdaxilə etdiyi bildirilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

  • 12-11-2022, 20:56