AZ   |   RU
Kalın: Ərdoğan-Paşinyan görüşü Nyu-Yorka planlaşdırılmışdı, rəsmi Bakı buna müsbət yanaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş nazirinin Nyu-Yorkda görüşü planlaşdırılmışdı, lakin tərəflərin proqramları buna imkan vermədi.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “NTV“ kanalına müsahibəsində bildirib.

O xatırladıb ki, iki lider yaxın günlərdə Praqa şəhərində görüşə bilər və Türkiyə tərəfi bu məsələni Azərbaycan tərəfi ilə koordinasiya edir. Rəsmi Bakı da məsələyə dair müsbət mövqe nümayiş etdirir.

Ərdoğanın sözçüsü Türkiyə və Ermənistan arasında başlanan normallaşma prosesinə dair xüsusi nümayəndələrin görüşlərinin də müsbət istiqamətdə irəlilədiyini vurğulayıb.

  • 23-09-2022, 23:41