AZ   |   RU
İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı oldu

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Missiya.Az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

  • 17-09-2022, 15:12