AZ   |   RU
"Qarabağ" - "Nant" oyunu üçün 21 min bilet satılıb

 Bakıda "Qarabağ" və Fransa "Nant"ı arasında keçiriləcək UEFA Avropa Liqasının G turunun II tur oyunu üçün satılmış biletlərin sayı açıqlanıb.

Klubdan Missiya.Az-a verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

  • 12-09-2022, 20:28