AZ   |   RU
Metroda həyəcan - Koronovirus xəstəsinə görə izdiham yaşandı

Bu gün səhər saat 09:00 radələrində metronun "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub. Belə ki, vətəndaşların stansiyaya daxil olmasına məhdudiyyətlər qoyularaq şəxsiyyət vəsiqələri vasitəsi ilə yoxlanış həyata keçirilib. 


Məsələ ilə əlaqədar Missiya.az-a açıqlama verən  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İcitmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  Elşad Hacıyev bildirib ki, görülən tədbir, ərazidə icazəsiz, qanunsuz aktiv koronavirus daşıyıcısının  müalicə təyin olunan ünvanı tərk etməsi haqqında daxil olmuş məlumatla bağlı olub. 


"Bu məqsədlə müalicə təyin olunan, ünvanı tərk edən şəxsi metrostansiyanın  Koroğlu istiqamətində hərəkəti ilə bağlı məlumat daxil olduğu üçün həmin ərazidə müvafiq yoxlama nəzarət tədbirləri həyata keçirilib ki, bu da qapalı məkanda infeksiya riskinin yüksək olduğu yerdə həmin şəxsin müəyyən olunaraq aidiyyatı üzrə təhvil verilməsi məqsədindən irəli gəlir. Buna görə də həmin metrostansiyada və digər stansiyalarda bu tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır" - deyə, o bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 5-09-2022, 11:32