AZ   |   RU
Türkiyə XİN İraqdakı hadisələrə görə narahatlığını bildirib
Türkiyə Xarici İşlər Nazirliyi İraqdakı hadisələrə görə narahatlığını bildirib.

Missiya.Az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Bağdaddakı hadisələrin narahatlıqla izləndiyi bildirilib.

Açıqlamada İraqda baş verən proseslərə zəmin yaradan siyasi qeyri-müəyyənliyin ən qısa zamanda aradan qaldırılacağı, İraq xalqının gözləntiləri əsasında ləngimədən təmsilçi hökumətin qurulacağı bildirilib.

"İraqlıların öz fikirlərini demokratik vasitələrlə ifadə etmək hüququna hörmətlə yanaşırıq.

Bu kontekstdə zorakılıqdan qaçmağın və ictimai asayişin qorunmasının vacibliyini vurğulayırıq. Bütün tərəfləri sağlam düşüncə və təmkinlə hərəkət etməyə çağırırıq", - XİN-dən bildirilib.

  • 1-08-2022, 23:21