AZ   |   RU
İran uranın zənginləşdirilməsi üçün bir neçə yüz yeni sentrifuqanı işə salıb
İranın Atom Enerjisi Təşkilatı uranın zənginləşdirilməsi üçün bir neçə yüz yeni sentrifuqanın işə salınması barədə göstəriş verib.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Behruz Kamalvəndi bildirib.

“Bu gün bir neçə yüz yeni sentrifuqanın işə salınması əmri verilib”, - o, İran dövlət televiziyasında deyib.

Rəsmi əlavə edib ki, bu barədə MAQATE-yə məlumat verilib.

  • 1-08-2022, 22:04