AZ   |   RU
Makron Putinlə, Conson Zelenski ilə danışıb


Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Missiya.Az
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Britaniyanın baş naziri Boris Conson da Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib.

Conson yaxın saatlarda Ukraynaya yeni hərbi yardımın çatdırılacağını bildirib.

  • 28-02-2022, 20:16