AZ   |   RU
“Pfizer” və “BioNTech” “Omikron” ştamına qarşı vaksin üzərində sınaqlara başlayıb

“Pfizer” və “BioNTech” şirkətləri koronavirusun “Omikron” ştamına qarşı vaksinin yenilənmiş versiyaları üzərində kliniki sınaqların başlandığını bəyan ediblər.

Missiya.Az “Pfizer” şirkətinin məlumatına istinadən xəbər verir ki, tədqiqatda 18-65 yaş arası 1 420 nəfər iştirak edəcək.

Tədqiqat iştirakçıları 3 qrupa bölünəcək. Belə ki, sınaqlardan 90-180 gün əvvəl “Pfizer/BioNTech” vaksininin 2 dozası vurulmuş şəxslərə “Omikron” ştamına qarşı yenilənmiş vaksinin 1 və ya 2 dozası vurulacaq. Sınaqlardan 90-180 gün əvvəl “Pfizer/BioNTech” vaksininin 3 dozası vurulmuş şəxslərə vaksinin köhnə və ya yenilənmiş variantının 1 dozası vurulacaq. Ümumiyyətlə peyvənd olunmamış şəxslərə isə “Omikron” ştamına qarşı vaksinin 3 dozası vurulacaq.

Daha əvvəl “Pfizer” şirkəti vaksinlərinin 3 dozasının “Omikron” ştamına qarşı effektiv olacağını bəyan etmişdi. Lakin bəzi araşdırmalara görə, “BioNTech/Pfizer” vaksini yeni ştama qarşı mübarizədə 32 dəfə daha az effektiv ola bilər.

  • 25-01-2022, 17:15