AZ   |   RU
DSX-nın hərbi qulluqçusu intihar etdi

Yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi Rayon İdarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.
Missiya.Az
xəbər verir ki, DSX-dan verilən məlumata görə, saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.
Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

  • 22-01-2022, 14:08