AZ   |   RU
Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Missiya.Az ​xəbər verir ki, ​​​Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 26 775 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 045, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 326, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir

  • 9-01-2022, 16:23