AZ   |   RU
Tramp: Ermənistan və Azərbaycan sülh razılaşmasına yaxındır



Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində deyib.

Trampın çıxışı Amerika telekanalları tərəfindən yayımlanıb.

“Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və o (sülh sazişi - red.) artıq məqsədə yaxındır”, - ABŞ lideri qeyd edib.




  • Bu gün, 09:26