AZ   |   RU
"Sadovod" və "Food City"nin yoxlanmasını gözləyirəm" - Rusiyalı deputat

"Baş prokurora müraciətimdən sonra Uraldakı Azərbaycan diasporunun rəhbərinin xüsusi təyinatlı əsgərin üzərinə maşın sürmüş oğlu saxlanılıb. 


Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri, Dövlət Dumasının deputatı Sergey Mironov sosial şəbəkə hesabında yazıb.


"Mən müraciətimin əsas mövzusu - bütün Azərbaycan diasporlarının, o cümlədən Moskvanın ən böyük "Sadovod" və "Food City" bazarlarının yoxlanılması ilə bağlı nəticələri gözləyirəm", - Mironov əlavə edib.


Qeyd edək ki, adıçəkilən bazarları 2014-cü ildə yəhudi əsilli azərbaycanlı milyarder Qod Nisanov, Zarah İliyev və tovuzlu hüquq professoru İlham Rəhimov işə salıb.


Elcan

Missiya.Az






  • Bu gün, 09:19