Çərşənbə axşamı 22 İyul 2025 / 19:12:23
                    AZ   |   RU
Sabah Bakıda mülayim cənub küləyi əsəcək

 

Bakıda və Abşeron yarımadasında havanın səbəbiylə yağış keçməyəcək. Mülayim cənub küləyi əsəcək.

Bu barədə Missiya.Az -a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 % gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bir az arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.




  • 25-06-2025, 12:11