AZ   |   RU
“Rusiya yaxın 5 ildə NATO-ya hücum edə bilər” - Zelenski

“Rusiya Prezidentii Vladimir Putin alyansın gücünü yoxlamaq üçün yaxın 5 il ərzində NATO üzvünə hücum edə bilər”.


Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində deyib.


“Biz inanırıq ki, 2030-cu ildən başlayaraq Putinin xeyli geniş imkanları ola bilər”, - deyə siyasətçi vurğulayıb.


O qeyd edib ki, Ukrayna hazırda Rusiyanı bu hücumdan saxlayır, lakin qarşıda yeni təhlükələr ola bilər:


Zelenski Rusiyanın artıq yeni hərbi kampaniyalar planlaşdırdığını vurğulayaraq Qərbi gecikməməyə çağırıb:


"Hər halda Putinə fasilə lazımdır, çünki onun sanksiyaların götürülməsinə və təlim keçmiş orduya ehtiyacı var. 10 il isə çox uzun müddətdir. O vaxta qədər onun yeni ordusu hazır olacaq", - deyə siyasətçi əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:39