AZ   |   RU
İsrail höküməti İranla atəşkəs əldə edildiyini təsdiqləyib

İsrail hökuməti İranla demək olar ki, iki həftə davam edən birbaşa hərbi münaqişədən sonra ABŞ-nin vasitəçiliyi ilə atəşkəs təklifi ilə razılaşdığına dair xəbərləri təsdiqləyib.


Missiya.Az xəbər verir ki, bu barədə “Haaretz” saytı məlumat yayıb.


“İsrail müdafiə sahəsində göstərdikləri dəstəyə və İranın nüvə təhlükəsinin aradan qaldırılmasında iştirakına görə ABŞ Prezidenti Donald Trampa və Vaşinqtona təşəkkür edir”, - deyə vurğulanıb.


Bildirilib ki, əməliyyatın məqsədlərinə nail olduqdan sonra Trampla tam koordinasiya əsasında İsrail ikitərəfli atəşkəs təklifi ilə razılaşıb.


Qeyd olunub ki, İsrail həm nüvə, həm də ballistik raket sahələrində ikili təcili ekzistensial təhlükəni aradan qaldıraraq əməliyyatın bütün məqsədlərinə nail olub. 


İsrail hökuməti əlavə edib ki, atəşkəs rejiminin pozulmasına güclə cavab verəcək.


“Bu əməliyyatında İsrail dövləti böyük tarixi nailiyyətlər əldə etdi və özünü dünya dövlətləri ilə bərabər tutdu. Bu, dövlətimizə qarşı iki ekzistensial təhlükəni aradan qaldıran və İsrailin əbədiliyini təmin edən İsrail xalqı və onun döyüşçüləri üçün böyük uğurdur”, - deyə bəyan edilib.

 


Daşqın Həsənov
Missiya.A
z



  • Bu gün, 10:31