AZ   |   RU
UFC turniri ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq

 Bu gün keçiriləcək “UFC Fight Night" (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq.


Bu barədə Missiya.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.


Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq:


"Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq".


Bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.




  • Bu gün, 10:07