AZ   |   RU
İranın XİN başçısı Putinlə görüşmək üçün Moskvaya gedir - "Amerikaya inanmırıq"

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 23-də Moskvada Putinlə görüşməyi planlaşdırdığını bildirib.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NBC News xəbər yayıb.


Nazirin sözlərinə görə, İsrail Amerika rəsmiləri ilə planlaşdırılan danışıqlardan bir neçə gün əvvəl bu ölkəyə hava hücumu təşkil etdikdən sonra İran diplomatik danışıqlarda ABŞ-a etibar edib-etməyəcəyinə əmin deyil.


O, Vaşinqtonun diplomatiya ilə həqiqətən maraqlanmadığını və sadəcə olaraq danışıqlardan İsrailin İrana hava hücumu üçün “örtük” kimi istifadə etdiyini bildirib.


Elcan
Missiya.Az


  • Bu gün, 09:32