AZ   |   RU
ABŞ-dan İrana jest: Sanksiya tələbi geri götürüldü


ABŞ BMT-yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb. 

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Bildirilib ki, bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.

Bununla ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə qaldığını təsdiqləyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib.

Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.


  • 19-02-2021, 12:37