AZ   |   RU
İran İsrailin PUA-sını Natanz nüvə obyekti yaxınlığında məhv edib


İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İsfahan əyalətinin Nətanz şəhərindəki nüvə obyekti yaxınlığında İsrailə məxsus pilotsuz uçuş aparatını məhv edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.


Nəşrdə qeyd edilib ki, zərbə SEPAH-ın üçüncü aerokosmik müdafiə sistemi olan Xordad sistemi tərəfindən həyata keçirilib. Bundan əlavə, pilotsuz təyyarə Natanzdakı nüvə mərkəzinin ətrafındakı müdafiə halqalarından birində məhv edilib.


Nəşrin dərc olunduğu vaxt İsrail tərəfdən heç bir rəsmi şərh verilməyib.




Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 10:04