AZ   |   RU
Polis İranla sərhəddə əməliyyat keçirdi, saxlanılan var

 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara rayonunda əməliyyat keçiriblər.


Daxili İşlər Nazirliyindən Missiya.Az-a verilən xəbərə görə, nəticədə 46 yaşlı Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.


M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.


Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





  • Dünən, 16:54