AZ   |   RU
Xalq artisti Ofelya Sənaninin doğum günüdür

Bu gün televiziya aparıcısı, aktrisa, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Ofelya Sənaninin doğum günüdür.

Missiya.Az xəbər verir ki, o, 1941-ci ildə Bakda dünyaya gəlib.

Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib. Mərhum diktor Gültəkin Cabbarlının yetirməsidir.

Xalq artisti 1959–1975 illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərir.

1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində çalışıb, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. Xeyli kinofilmlərdə çəkilib.



 Zərintac Mayisqızı
 Missiya.Az





  • 26-05-2025, 11:54