AZ   |   RU
İran XİN rəhbəri İtaliyaya səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçı İtaliyaya səfər edib.


Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.


Bildirilib ki, siyasətçi Tehran-Vaşinqton dolayı danışıqlarının beşinci raundunda iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Romaya yollanıb.


Xatırladaq ki, bundan əvvəl İran-ABŞ danışıqlarının dördüncü raundu mayın 11-də Omanda baş tutub.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:02