AZ   |   RU
Əmircandakı İmam məscidində təmir-bərpa işləri aparılacaq - SƏRƏNCAM

 

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

Missiya.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.




  • Bu gün, 12:39