AZ   |   RU
Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.


Missiya.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.


Ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd alışdırıcı və 7 ədəd “Kalaşnikov” avtomatına məxsus patron aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.



  • Bu gün, 09:12