- Bu gün, 16:49
SON XƏBƏRLƏR
Bu gün, 22:15 |
Bu gün, 21:38 |
Bu gün, 20:55 |
Bu gün, 20:20 |
Bu gün, 20:00 |
Bu gün, 19:48 |
Bu gün, 19:04 |
Bu gün, 19:01 |
Bu gün, 18:25 |
Bu gün, 17:59 |
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançı Elnur Həmidov barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Missiya.Az xəbər verir ki, bu barədə qərar Xətai rayon Məhkəməsində verilib.
Qərara əsasən, onun həbs müddəti iyunun 5-dək uzadılıb.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.
Məlumata görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.
Məlum olub ki, onlar bu əməli Kikboksinq Federasiyasının ozamankı I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.
Bu gün, 22:15 |
Bu gün, 21:38 |
Bu gün, 20:55 |
Bu gün, 20:20 |
Bu gün, 20:00 |
Bu gün, 19:48 |
Bu gün, 19:04 |
Bu gün, 19:01 |
Bu gün, 18:25 |
Bu gün, 17:59 |
![]() |
Əməkdar artistin ən böyük arzusu |
![]() |
"İslam coğrafiyası son iki əsrdə çoxsaylı hücumların hədəfi olub” - Ərdoğan |
![]() |
Ukrayna və ABŞ bu gün nadir torpaq metallarına dair saziş imzalaya bilər - KİV |
![]() |
"Əmək sərf etmədən nəsə əldə etmək ölkəmizdəki müxalifətin işidir" - Ərdoğan |
![]() |
Rusiya ilkin şərt olmadan Ukrayna ilə danışıqlara hazırdır - Kreml |
![]() |
"Göz altındakı qançırlar qaraciyər xəstəliyinə də işarə ola bilər" |
![]() |
Rusiya ordusu Donetskin Novoye qəsəbəsini ələ keçirib |
![]() |
Azərbaycanın bənzərsiz nəqliyyat-logistika imkanları - "Araz dəhlizi" dünyanı birləşdirəcək |
![]() |
Putin Ukraynada lazım olanı etdi - Kreml |
![]() |
“ABŞ və İran danışıqlarının dördüncü raundu mayın 3-də Romada keçiriləcək” - Abbas Əraqçı |
![]() |
“İkinci Dünya Müharibəsinin nəticələri siyasi maraqlara uyğun olaraq saxtalaşdırılıb” - Putin |