AZ   |   RU
Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verdi


İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də axşam “Kanaf Sion” (The Wing of Sion) adlı hökumət təyyarəsi ilə Azərbaycana uçacaq.


Missiya.Az xəbər verir ki, bu barədə “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı məlumat yayıb. 


"Bu isə o deməkdir ki, Türkiyə təyyarənin öz hava məkanından keçməsinə icazə verib və uçuşa icazə verilməsinə Azərbaycan vasitəçilik edib",- deyə məlumatda qeyd olunub.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:42