AZ   |   RU
Gürcüstan və Ermənistan prezidentlərinin görüşünün əsas mövzusu əməkdaşlıq məsələləri olub

Gürcüstan və Ermənistan prezidentləri Mixeil Kavelaşvili və Vaaqn Xaçaturyan İrəvanda keçirilən görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərini və onun genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstan prezidenti administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Kavelaşvili aprelin 29-da İrəvana gəlib.


Prezidentlərin söhbəti zamanı Gürcüstan və Ermənistanda cari siyasi hadisələrə, regional sülh və sabitliyin vacibliyinə də toxunulub.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:15