AZ   |   RU
İzmirdə FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb


Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib və 6 şübhəli saxlanılıb.


Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində İzmir Respublika Baş Prokurorluğu təşkilatın gizli strukturuna daxil olmaq ittihamı ilə 7 nəfər haqqında həbs qərarı çıxarıb. 


Tutulan 6 şübhəli ifadəsi alınmaq üçün Vilayət Jandarma Komandirliyi Terrorla Mübarizə Şöbəsinə aparılıb. 


Bir şübhəlinin isə xaricdə olduğu müəyyən edilib. 


Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 11:50