AZ   |   RU
24 aprel - Ümumdünya Laboratoriya Heyvanlarını Müdafiə Günüdür

Aprelin 24-ü Ümumdünya Laboratoriya Heyvanlarını Müdafiə Günüdür.

Missiya.Az
xəbər verir ki, bu gün 1979-cu ildə heyvanlar üzərində ağrılı eksperimentlər əleyhinə Beynəlxalq Assosiasiya (İnterNİÇ) tərəfindən təsis edilib və BMT tərəfindən dəstəklənib.

Əvvəllər həmin əlamətdar tarix bir sıra ölkələrdə heyvanları müdafiə təşkilatları tərəfindən qeyd olunurdu, hazırda isə artıq dünyanın hər yerində viviseksiyaya (laboratoriya heyvanları üzərində eksperimentlər və təcrübələr aparılmasına) qarşı hərəkat fəal inkişaf edir.

Müxtəlif ictimai və heyvanları müdafiə təşkilatlarının fəalları sözügedən hərəkatı dəstəkləyirlər.

Qeyd edək ki, təcrübələrdə daha çox istifadə olunan heyvanlar arasında siçanlar, dovşanlar, meymunlar və itlər vardır.



Zərintac Mayisqızı
Missiya.Az




  • 24-04-2025, 09:31