AZ   |   RU
Prezidentin köməkçisi: "Azərbaycan Soçi görüşünün nəticələrini müsbət qiymətləndirir"

"Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır".

Missiya.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, burada da əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır: "Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Qəbul olunmuş bəyanatda da əks olunmuş fikirlər, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət bir dinamika var. Ermənistan tərəfi də bu reallığı və regionda dəyişmiş geosiyasi reallığa uyğun olaraq tam şəkildə dərk etməlidir ki, Azərbaycanla Ermənistan arasında yekun olaraq sülhün olması bu Ermənistanın özünün də bilavasitə maraqlarında ola biləcək bir məsələdir. Azərbaycan regionda, sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək".


  • 2-12-2021, 13:06