AZ   |   RU
DSX rəisinin müavini: "Bu şəhidlər Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər"

“Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu DSX rəisinin müavini, general-leytenat İlham Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün vida mərasimi keçirilən şəhidlərimiz Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər: “Onlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər”.


  • 1-12-2021, 13:28