AZ   |   RU
Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.


Missiya.Az xəbər verir ki, məktubda deyilir:


"Hörmətli Birinci vitse-prezident,


Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.


Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".



  • 29-03-2025, 17:37