AZ   |   RU
Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb. 


Missiya.Az APA-ya istinadla xəbər verir ki, martın 19-da kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb. 


Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. 


Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.



  • 29-03-2025, 16:26