AZ   |   RU
Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb

Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb. 


Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib. 


Bildirilib ki, Laçın rayonundan olan 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi. 


Faktla bağlı araşdırma aparılır.



  • 29-03-2025, 15:26