AZ   |   RU
İsrail HƏMAS-ın Siyasi Bürosunun daha iki üzvünü öldürüb

İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda HƏMAS-ın Siyasi Bürosunun üzvləri Əbu Ubeyde əl-Cəmasi və İssam Əl-Dalis həyatını itirib.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.


Bildirilib ki, İsrail ordusu məcburi köçkün fələstinlilərin çadırları, sığındıqları məktəblər və mülki şəxslərin evləri də daxil olmaqla Qəzza zolağını intensiv şəkildə bombalayıb.


İsrail baş nazirinin ofisindən verilən açıqlamada hücumların baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın göstərişi ilə həyata keçirildiyi vurğulanıb.


Qeyd edək ki, İsrailin atəşkəsi pozaraq Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 322 nəfəri keçib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:17