AZ   |   RU
KİV: ABŞ Yəmənin Hudeydə şəhərinə zərbələr endirib



ABŞ Yəmənin Hudeydə şəhərində husilərin mövqelərinə zərbələr endirib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Əl Məsirə” telekanalı məlumat yayıb.

Məlumata görə, "Ənsar Allah" hərəkatının inzibati mərkəzinin yaxınlığındakı, Qırmızı dənizin sahilində yerləşən El-Arc rayonu hücuma məruz qalıb. "Al Hadath" telekanalının məlumatına görə, ABŞ-nin hədəfi husilərin yerləşdiyi mövqelər olub.




  • Dünən, 23:38