AZ   |   RU
"Soçi bəyanatı Azərbaycanın maraqlarına uyğundur" - Ramin Əhmədov
"Soçi bəyanatında prezident İlham Əliyevin mövqeyi öz əksini tapıb"

"Ötən gün Soçi şəhərində Prezident İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü Azərbaycan maraqları baxımından müsbət qiymətləndirmək olar. Çünki görüşün sonunda imzalanan bəyanatd0a Azərbaycanın istəkləri tam təmin olunmuşdu. Məsələn, ölkəmizin maraqlarına uyğun olaraq, bayanatda -  avtomobil və dəmir yollarının, "Zəngəzur dəhlizi"nin açılması ilə bağlı layihələrin həyata keçirilməsi kimi müddəalar daxil edilib. Həmçinin bəyanatda Qarabağ ifadəsinin olmaması Azərbaycanın maraqlarına uyğundur. Bundan başqa, yekun sənəddə Ermənistan tərəfindən təkidlə səsləndirilən əsir və girovlarla bağlı məsələyə toxunulmayıb. Tam əminliklə deyə bilərik ki, üçtərəfli görüşlə bağlı imzalanan bəyanatda  Azərbaycan Prezidentinin mövqeyi və diqtəsi öz əksini tapıb". 

Missiya.Az
xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov üç ölkə liderinin Soçi görüşü ilə bağlı danışarkən deyib. 

Ramin Əhmədov bildirib ki, Rusiyanın sistemli səyləri nəticəsində Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunması ilə bağlı mühüm nəticələr əldə olunub.

"Qarabağın ermənilər yaşayan ərazilərində Rusiya sülhməramlılarının yerləşdirilməsi Cənubi Qafqazda sülhə verilən töhfədir. Sülhməramlılar Qarabağda erməni təxribatlarının qarşısının alınmasında mühüm rol oynayır. Rusiya sülhməramlılarının səyləri nəticəsində Qarabağın ermənilər yaşayan ərazilərində ciddi insident yaşanmır. Kiçik insidentlər isə sistemli xarakter daşımır. Bu faktlar göstərir ki, Azərbaycanla yanaşı  Rusiya da Cənubi Qafqazda uzunmüddətli sülhün möhkəmlənməsində maraqlıdır. Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın rolunu yüksək qiymətləndirir. Təbii ki, Azərbaycan və Rusiya bölgədə sülhün möhkəmlənməsində maraqlıdırsa, məğlub Ermənistan da Qafqazın hakim gücləri ilə hesablaşmağa məcburdur". 

Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışan Ramin Əhmədov bildirib ki, Bakı ilə Mosvka arasında münasibətlər yüksək səviyyədə inkişaf edir və Rusiya Prezidenti Vladimir Putin bu əlaqələrin inkişafına böyük töhfə verir.

"Prezident İlham Əliyev də Vladimir Putinlə görüş zamanı Azərbaycan-Rusiya əlaqələrinin inkişafını yüksək qiymətləndirdi. Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.
Azərbaycanla Rusiya təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlıq edir. Vladimir Putinin də qeyd etdiyi kimi, Azərbaycanda rus dillinin tədrisinə, rusdilli məktəblərin artırılmasına xüsusi diqqət yetirilir. Həmçinin 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Bundan başqa, Rusiyanın hökumət və dövlət rəsmiləri ilə Azərbaycanın müvafiq koteqoriyadan olan strukturları arasında münasibətlər yüksək səviyyədədir. Son bir həftədə Azərbaycan Prezidentinin Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul etməsi, Azərbaycan-Rusiya əkaqələrinin yüksək inkişafının bariz nümunəsidir. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, qarşılıqlı sərmayə qoyuluşunun ilbəil artması, ticarət dövriyyəsinin yüksəlməsi qarşılıqlı etimadın nəticəsidir. Təbii ki,  əlaqələrimizin inkişafının kökündə  Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı hörmət əsasında formalaşan  münasibəti, həmçinin  tarixi əlaqələrimiz də dayanır".

Missiya.Az

  • 27-11-2021, 12:57