AZ   |   RU
Ukrayna torpaqlarının qaytarılmasından söhbət gedə bilməz - Kreml

“Rusiyanın ilhaq etdiyi Ukrayna əraziləri danışıqlar mövzusunun predmeti ola bilməz”.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


“Rusiya Federasiyasının subyektinə çevrilmiş və ölkəmizin Konstitusiyasında təsbit edilmiş ərazilər Rusiyanın ayrılmaz hissəsidir”, - deyə siyasətçi vurğulayıb.


Peskov qeyd edib ki, bu, tamamilə təkzibedilməz və müzakirə olunmayan faktdır.



Daşqın Həsənov
Missiya.Az



  • 27-02-2025, 14:22