AZ   |   RU
Ərdoğan yaxın zamanda Gürcüstana səfər edə bilər

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Gürcüstana səfər edə bilər”.


Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili özünün Türkiyə  səfərini qiymətləndirərkən məlumat verib.


“Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq, mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, - deyə siyasətçi vurğulayıb.


Boçorişvili qeyd edib ki, yaxın gələcəkdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun da Gürcüstana səfəri planlaşdırılır.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:19