AZ   |   RU
Şimali Koreya Rusiyaya 1000-dən çox əlavə hərbçi göndərib - Cənubi Koreya kəşfiyyatı

Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün əlavə 1000 hərbçi göndərib.


Missiya.Az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.


Bildirilib ki, onlar artıq Rusiyanın Kursk vilayətində cəbhə xəttinə köçürülüblər.


“Təxminən bir aylıq sakitlikdən sonra Şimali Koreya qoşunları fevralın əvvəlindən Kursk vilayətinin cəbhəyanı rayonlarına qayıdıb", - deyə vurğulanıb.


Qeyd edək ki, Cənubi Koreya kəşfiyyatı ötən il 11 minə yaxın Şimali Koreya hərbçisinin Rusiyaya göndərildiyi barədə məlumat yayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:52