AZ   |   RU
Fransa Ukraynaya qoşun göndərməyə hazırdır


“Fransa, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələri Rusiya ilə Ukrayna arasında atəşkəsi təmin etmək üçün qoşun yeritməyə hazırdır”.


Missiya.Az xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Erik Lombard “Bloomberg”ə müsahibəsi zamanı məlumat verib.


O, ABŞ-nin Ukrayna və Rusiya arasında atəşkəs razılaşmasından sonra sülhü qorumaq üçün Avropa qoşunlarına dəstək verəcəyini gözləyir.


"Əgər atəşkəsin saxlanmasını istəyiriksə, ABŞ-nin dəstəyinə ehtiyacımız var. İnanıram ki, amerikalılar bununla razılaşıblar", - deyə Lombard bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:05