AZ   |   RU
Baytarlıq mövzusunda Beynəlxalq konfrans keçirilib - BETİ 120 yaşında - FOTO

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubleyinə həsr olunmuş “BAYTARLIQ ELMİ XXI ƏSRDƏ – GƏLƏCƏYƏ DOĞRU İNNOVASİYALAR” mövzusunda Beynəlxalq konfrans keçirilib. 

Missiya.Az
xəbər verir ki, Beynəlxalq konfrans “Bakı Biznes Mərkəzində” təşkil olunub. Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Zoologiya İnstitutunun direktoru Ələddin Eyvazov, professorlar iştirak edib. 

Həmçinin yubley tədbirində Selçuk Universiteti professor Uğur Uslu, “Petr-1” adına Voronej Aqrar Universitetinin baytarlıq elmləri üzrə doktoru, professor Süleyman Süleymanov, Sumı Milli Universiteti, Ukraynanın əməkdar baytar işçisi, baytarlıq elmləri doktoru, professor Berezovskiy Andrey Vladimiroviç, ADPU, “Biologiya və onun tədrisi metodikası” kafedrasının professoru Rauf Sultanov iştirak edib.

Tədbir iştirakçıları baytarlıqla və onun elmi inkişafı ilə bağlı çıxışlar ediblər. 




  • 25-11-2021, 13:27