AZ   |   RU
ABŞ və Rusiya nümayəndələrinin ikinci görüşü keçiriləcək

Fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Missiya.Az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qəzetin həmsöhbətləri görüşün fevralın 18-də Ər-Riyadda baş tutan danışıqların davamı olacağını qeyd ediblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da var idi. ABŞ tərəfini Dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil ediblər.



Zərintac Mayisqızı
Missiya.Az




  • 25-02-2025, 12:57