AZ   |   RU
ChatGPT-nin sağlamlıq məsləhətləri nə dərəcədə təhlükəsizdir?



Son illərdə süni intellekt texnologiyaları insanların gündəlik və peşəkar həyatında mühüm yer tutmağa başlayıb. İstifadəçilərə fərdiləşdirilmiş və ağlabatan cavabları pulsuz təqdim edən sözügedən texnologiya həm də səhiyyə sahəsində məlumatların əldə edilməsi vasitəsinə çevrilib. Ancaq həmin vasitə riskli və bəzi fəsadlara səbəb ola bilər.

Əksəriyyətimiz əsasən hansı sağlamlıq problemləri yaşayırıqsa  ChatGPT-yə onunla bağlı, habelə fəqli tibbi terminləri öyrənmək üçün suallar ünvanlayırıq. Bəziləri hətta, həkim məsləhəti olmadan müxtəlif dərman preparatları barədə informasiyalar toplayır və istifadə edirlər. Bu düzgün deyil.

Mütəxəssislər süni intellektə tibbi məsələlərdə müraciətlərinin sayının daha da artacağını deyirlər. Artıq həyatımızın bir parçası olan ChatGPT gərəkli tövsiyələr versə də, bir o qədər də təhlükə mənbəyidir. Müsbət tərəfləri odur ki, bir çox sağlamlıq məlumatları fərqli platformalarda mürəkkəb şəkildə təqdim edilir, lakin süni intellekt onu sadələşdirib istifadəçilərin diqqətinə çatdırır.

Lakin riskli yönü isə odur ki, bəzi şəxslər tibbi dəyərləndirmələr, xəstəxanaya gedib-getməmək üçün öncə həmin texnologiyaya baş vurur. Bu da bir çoxlarının səhhətində mənfi yöndə ciddi təsirlər ortaya çıxaracaq, xəstəliklərinin daha artması ilə nəticələnəcək. Ona görə də önəmli sağlamlıq mövzularında həkim yanına gedilməlidir.

Amma tibbi istiqamətlərdə də mütəxəssislərin nəzarəti ilə ChatGPT-nin daha da inkişaf etdirilməsi prosesləri aparılır. Süni intellektin funksiyalarının, bacarıqlarının artırılması sahəsində işlər görülür.



Zərintac Mayisqızı
Missiya.Az





  • 25-02-2025, 11:38