AZ   |   RU
Magistraturaya qəbul imtahanlarında ölkə birincisi məlum oldu

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi məlum olub. 


Missiya.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.


Bildirilib ki, ölkə birincisi Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır.


 O, essesiz 95 bal üzərindən 93 bal toplayaraq möhtəşəm nəticə göstərib.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.



  • 19-02-2025, 23:04