AZ   |   RU
ABŞ-də NNSA-nın əməkdaşlarının işdən çıxarılması ilə bağlı qərar ləğv edilib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) yüzlərlə əməkdaşının işdən çıxarılması ilə bağlı qərarı ləğv edib ki, bu da Energetika Nazirliyinin əməkdaşlarının kütləvi ixtisarından sonra gözlənilməz dönüş olub.

Missiya.Az
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.


"Tramp administrasiyası nüvə silahı proqramlarına cəlb olunmuş yüzlərlə federal əməkdaşın işdən çıxarılmasını dayandırıb. Həmin kəskin dönüş işçiləri çaşqınlıq içində qoyub və ekspertlərdə DOGE-nin kor-koranə qənaətinin bütöv icmaların təhlükəsizliyinə təhdid ola biləcəyi ilə bağlı narahatlıq yaradıb", - agentlik qeyd edib.


Bildirilib ki, işdən çıxarılan bəzi əməkdaşlar bunu yalnız cümə günü səhər xidməti hesablarının bloklandığını və ofisə girişin bağlandığını gördükdə öyrəniblər. Lakin şənbə gününə keçən gecə NNSA direktorunun vəzifəsini icra edən Tereza Robbins 28 nəfər istisna olmaqla, işçilərə işdən çıxarılma ilə bağlı qərarın ləğv edilməsi barədə rəsmi bildiriş göndərib.



Xatırladaq ki, daha əvvəl CNN telekanalı Tramp administrasiyasının NNSA-nın 300-dən çox əməkdaşını işdən çıxardığı deyilmişdi.



Zərintac  Mayisqızı
Missiya.Az



  • 17-02-2025, 15:17