AZ   |   RU
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb” - Nikol Paşinyan

“Ermənistan və Azərbaycan MDB çərçivəsində ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan feysbukdakı canlı yayımda deyib.

Paşinyanın sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası, Qarabağ problemi, kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir və müxtəlif müzakirə üsulları tələb edir.

Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak edib. Bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar.


  • 24-11-2021, 10:13