AZ   |   RU
Avstriyanın Salzburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub
 
Noyabrın 21-də Avstriyanın Salzburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub.

Missiya.Az
xəbər verir ki, Salzburq  şəhərdəki Azərbaycan Evində keçirilən tədbiri Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Təşkilatın fəalları Azərbaycan və türk icmasının üzvlərini, eləcə də yerli ictimaiyyətin nümayəndələrini milli mətbəx gününə dəvət ediblər.

Milli mətbəx günündə Azərbaycan mətbəxinin ləziz təamlarından biri olan qutabın hazırlanması təqdim olunub. Azərbaycanlı xanımlar müxtəlif növ qutabları qonaqların iştirakı ilə hazırlayıblar, reseptlər əsasında onlara da qutab bişirməyi öyrədiblər.

Tədbir Azərbaycan təamlarından ibarət birgə süfrə arxasında davam edib. Qonaqlar pandemiyadan sonra Azərbaycan mətbəxinin geniş ictimaiyyətə təqdimatı və tanıdılması üçün tədbirlərin keçirilməsini arzu ediblər.


  • 22-11-2021, 17:53