AZ   |   RU
Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Missiya.Az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (

www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,-deyə məlumatda qeyd edilib.




  • Bu gün, 15:58